Biden, Çin Devlet Başkanı Şi ile yapacağı görüşmenin ilişkileri “normalleştirmesini” umuyor

ABŞ Prezidenti Co Baydenlə Çin lideri Si Szinpin arasında San-Fransiskoda keçirilən görüş maraqlı detalla yadda qalıb.

Globalinfo.az xəbər verir ki, liderlər arasında dörd saat davam edən görüşdən sonra mətbuat konfransı keçirən Bayden Çin liderini “diktator” adlandırıb.

Jurnalistin “Siz hələ də Prezident Sini diktator adlandırırsınız?” – sualına Bayden belə cavab verib:

“O, diktatordur, çünki kommunist ölkəni idarə edir”.

Safura Bənnayeva
Globalinfo.az

 

 

Paylaş: