telim 11111111

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə silah və texnika sərgisi nümayiş etdirilib.

Globalinfo.az xəbər verir ki, qonaqlar Azərbaycan Ordusunun arsenalında olan zirehli döyüş maşınları, müxtəlif təyinatlı hərbi texnika, pilotsuz uçuş aparatları, eləcə də digər hərbi vasitələrlə tanış olublar.

“Yüksək səviyyəli müşahidəçi günü”ndə, həmçinin Türkiyənin “ROKETSAN”, “HAVELSAN”, “ASELSAN”, “BAYKAR” və digər şirkətlərin stendləri də qonaqlara təqdim edilib.

Sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

965e48b41dc1d584d96cbf6dc4b54d104f16d481f95061781dedfc87b12a2c0eeb7536a231c08a5e582c6cf4c368484e

Paylaş: