Qalib dövlətik, artıq dəyişiklik edilməlidir – Deputat

Qalib dövlətik, artıq dəyişiklik edilməlidir - Deputat

Azərbaycan son illərdə əsaslı surətdə dəyişdi: işğal altındakı torpaqlar azad edildi, ərazi bütövlüyümüz tam bərpa olundu. 2018-ci ildən start götürmüş kadr islahatı, idarəetmədəki yeni metodlar, yanaşmalar daha əhatəli şəkildə tətbiq oluna bilər. Bura konstitusiya islahatları da daxildir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, islahatlar indiyə qədər keçirilən formatdan fərqli şəkil almalıdır:

“Biz qalib dövlətik və artıq dəyişiklik edilməlidir. Bu dəyişikliklər də ilk növbədə islahatların standartlarına, metodlarına tətbiq edilməlidir.
Hesab edirəm, ilk növbədə kadr islahatlarından başlamalıyıq. Daha hazırlıqlı, keyfiyyətli kadrların prosesə cəlb olunması vacibdir. Hazırda xüsusilə sosial sahədə narazılıqlar daha çoxdur. Bundan başqa, təhsil, mədəniyyət, iqtisadiyyatda da probemlər var.

Qalib dövlətik, artıq dəyişiklik edilməlidir - Deputat

Fazil Mustafa

Bütün bu problemlərin aradan qaldırılması üçün islahatlar mütləqdir. İqtisadiyyatda şəffaflığın yaradılması üçün ciddi effektiv addımlar atılmalıdır.

Ümumiyyətlə, islahatlara başlamaq üçün hazırda real vəziyyət var. Müharibə dövründə müəyyən strukturlara toxunmaq məqsədəuyğun sayılmırdı, lakin dinc dövrdə bunu etmək olar”.

Turan Rzayev
Globalinfo.az