
Vaşinqtonda ABŞ Konqresinin binası yaxınlığında Qəzza zolağında atəşkəsə dəstək nümayişləri zamanı yüzə yaxın adam saxlanılıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Polisin müharibə əleyhdarı fəalları ABŞ Konqresinin binasından uzaqlaşdırdığı da bildirilib.
Qeyd edək ki, ABŞ Konqresinin binasındakı etiraz aksiyasının təşəbbüskarlarından biri olan Sülh Naminə Yəhudi Səsi təşkilatı nümayişlərdə 10 min insanın iştirak etdiyini bildirib.
Nümayişçilər Konqresi İsraillə HƏMAS arasında atəşkəs üçün tədbirlər görməyə çağırıb və ABŞ hakimiyyətindən narazılıqlarını ifadə ediblər.














