“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı amansız və təcavüzkar müharibə aparır”.
Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İtaliyaya səfəri zamanı Rusiyanın işğal etdiyi Ukraynanın Xerson şəhərini boşaltmaqla bağlı bəyan etdiyi mövqeni dəyərləndirən NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Yens Stoltenberq Rusiyanın güclü təzyiq altında olduğunu qeyd edib:
“Ukrayna silahlı qüvvələrinin Rusiya qüvvələrini necə dəf etdiyini gördük. Onlar torpaqlarını azad etdilər. Ukraynanın irəliləyişi həyati əhəmiyyət kəsb edir. Biz Rusiyanın öz qoşunlarını Xersondan geri çəkməsinə dair mövqeyini diqqətdə saxlayırıq. Yaxın günlərdə o ərazidə situasiyanın necə inkişaf edəcəyini, vəziyyətin necə dəyişəcəyini görməliyik. Rusiya çox güclü təzyiq altındadır. Onlar Xersonu tərk etsələr, bu, Ukraynanın növbəti qələbəsi olacaq”.