Rus ordusunu daha bir sürpriz gözləyir – Hərbi ekspert detalları açdı

Rus ordusunu daha bir sürpriz gözləyir – Hərbi ekspert detalları açdı

“Rəsmi Moskva başa düşür ki, müharibə arealının genişlənməsi yeni problemlər yaradır. Bu problemləri aradan qaldırmaq üçün isə Rusiyanın əlavə gücü yoxdur. Digər tərəfdən, rus ordusunda resurs çatışmazlığı da hiss olunur”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya komandanlığının qoşunların Xersondan çəkilməsi ilə bağlı əmr verməsi haqda danışarkən deyib. O bildirib ki, sözügedən addım doğru qərardır:

Rus ordusunu daha bir sürpriz gözləyir – Hərbi ekspert detalları açdı

“Buna baxmayaraq, Rusiya qoşunlarının Xersondan çəkilməsi bu ölkənin beynəlxalq nüfuzuna zərər vuracaq. Onsuz da, Kreml Ukraynada başlatdığı işğalçı müharibədən sonra dünya ictimaiyyətində mənfi imic formalaşdırıb. Lakin geriçəkilmə ilə bu imicinə daha böyük zərbə vurmuş olacaq.

Digər tərəfdən, bu günə qədər başqa ölkələr rəsmi Moskvadan çəkinirdilərsə, bundan sonra Rusiya həm də nüvə silahından istifadə etməyə qorxan ölkə kimi də tanınacaq”.

Hərbi ekspert Ədalət Verdiyev isə deyib ki, Rusiyanın Xersondan geri çəkilməsi heç bir halda taktiki addım ola bilməz:

Ədalət Verdiyev: Günün sonuna qədər düşmənin artan itkiləri barədə yeni məlumatlar əldə edəcəyik - "İki sahil"

“Çünki Rusiya Xersonun ilhaqını bir müddət əvvəl elan etmişdi. Kreml ilhaq etdiyi ərazilərdə özünə sadiq şəxsləri hakim vəzifələrə də təyin edib. Belə olan halda rus qoşunlarının həmin ərazilərdən çıxması məcburi xarakter daşıyır. Bu, Ukrayna ordusunun Xerson istiqamətində təşəbbüsü tam olaraq ələ keçirdiyinin göstəricisidir.

Hesab edirəm ki, Rusiya qoşunlarının geri çəkilməsi bununla yekunlaşmayacaq. Ukraynaya silah təchizatı məhdud səviyyədə olsa da davam edir. Dnepr çayının sağ sahilində cəmləşən Rusiya qoşunlarını yeni sürprizlər gözləyir”.

Turan Rzayev, Globalinfo.az