“Fransa rusiyalı jurnalist Yekaterina Nadolskayanın G20 sammitində Fransa lideri Emmanuel Makronun mətbuat konfransında iştirakına icazə verməməklə ayrı-seçkilik göstərib”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Hadisə Fransa Prezidenti Emmanuel Makron və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın jurnalistlərlə mətbuat konfransına hazırlaşdığı gözləmə zalında baş verib. “Russia News”un baş redaktoru Yekaterina Nadolskaya Makronun çıxışı zamanı konfransda iştirak etmək istəyəndə mühafizəçi onu saxlayıb və hansı ölkədən olduğunu soruşub. Jurnalistin Rusiyadan olduğunu öyrəndikdən sonra onu zala buraxmayıb. Nadolskaya, öz növbəsində, mühafizəçidən bunun səbəbini izah etməsini istəyib. Mühafizəçi isə “Səbəbini özün bilirsən” deyə cavab verib. Həmçinin rusiyalı jurnalistin telefonunu sındırmağa da cəhd ediblər. Biz həmçinin baş verənlərə irqçilik və aqressiv millətçiliyin açıq təzahürü kimi baxırıq, çünki hadisə milliyyətə əsaslanan ayrı-seçkilik aktıdır” – deyə, Zaxarova bildirib.
Ayşən Mustafa
Globalinfo.az














