“Son iki gün ərzində müxtəlif istifadəçilər, politoloqlar, analitiklər, eləcə də hərbi ekspertlər Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi haqda fikirlər səsləndirirlər”.
Globalinfo.az xəbər verir ki, bunu erməni siyasətçi Davit Ananyan yazıb.
“Biganəliyimizlə, səriştəsizliyimizlə elə “əlverişli” məqam yaratmışıq ki, Azərbaycan və Türkiyənin Ermənistana qarşı genişmiqyaslı müharibəyə başlama ehtimalı kifayət qədər yüksəkdir. Hökumət yenə iş görmür. Müxalifət də, deyəsən, növbəti konsolidasiya cəhdi hazırlayır, hesablamalar aparır.
Bəlkə, bütün bunları dayandırıb, ümummilli səfərbərlik elan edək?!”
Qeyd edək ki, Azərbaycanda müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir. Bu ənənəvi, sadə prosedur Ermənistanda təşvişlə qarşılanıb. Rəsmi Bakı isə sülh gündəliyinə sadiq qaldığını dəfələrlə bəyan edib.
Tamerlan Yayaqan
Globalinfo.az