İrandakı partlayışla bağlı qərar: Qadın nazir hədəf göstərildi

dd8adb1e c8fd 32b9 a77f 021be003ccf4 850

İranın Bəndər Abbas bölgəsində yerləşən Şəhid Rəcai limanında baş verən partlayışa görə ölkənin şəhərsalma naziri Fərzanə Sadiq günahlandırılır. 

Globalinfo.az xəbər verir ki, İran məclisi partlayışın müvafiq qurumun səhlənkarlığı ucbatından baş verdiyini bildirib.

Nəticədə nazir Fərzanə Sadiq ittiham olunub və ona qarşı impiçment elan edilməsi üçün araşdırma başladılıb.

“Tasnim”in məlumatına görə, ittiham aktının əsas məqamları arasında limanın fəaliyyətsizliyi və səhv hesablamalar, daşınmaz əmlak bazarının tənzimlənməsi ilə bağlı problemlər və s. yer alır.

Qeyd edək ki, Bəndər Abbasdakı partlayış nəticəsində 70-dən çox insan ölüb və 1200-dən çox yaralı var.

Ayşən Mustafa
Globalinfo.az