“Rusiya atdığı və ya atmadığı addımlara görə regionu tərk edir”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “La Repubblica” nəşrinə müsahibəsi zamanı deyib.
“Rusiya artıq çoxdandır Cənubi Qafqaz regionunda yerləşir. Ancaq biz Rusiyanın bir gündə, bir ayda, bir il ərzində regionu tərk etməsinin şahidi olmuşuq. Hərdən bizim rusiyalı tərəfdaşlarımız deyirlər ki, Qərb ölkələri Rusiyanı regiondan sıxışdırıb çıxaracaq addımlar atması üçün İrəvanla işləyir və ya onu buna yönəldirlər.
Ancaq biz rusiyalı həmkarlarla danışanda deyirik ki, əksinə, biz Rusiyanın atdığı və atmadığı addımlara görə özünün regiondan getdiyini görürük”, – Paşinyan bildirib.
O vurğulayıb ki, bu problem çoxdandır mövcuddur.
“Rusiya ya Laçın dəhlizini nəzarətdə saxlamaq istəmir, ya da da bacarmır”, – Paşinyan gileylənib.