“Ukrayna gələn ilin yazında yeni əks-hücuma başlaya bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Andrey Koşkin bildirib.
Ekspert bu sözləri deyərkən, Ağ Evin Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə koordinator Con Kirbinin “perspektivdə 2024-cü ilin yazına hazırlaşmaq lazımdır” ifadəsinə istinad edib.
“Yəqin ki, hansısa revanş olacaq. Yəni növbəti hücuma hazırlaşmaq lazımdır. Sonra o dedi ki, payız gələcək, pilotsuz uçuş aparatlarını idarə etmək çətin olacaq, hava hücumundan müdafiə sistemlərini idarə etmək çətin olacaq, döyüş meydanında yağıntıların yaratdığı bataqlıq manevr imkanlarını aşağı salacaq”, – ekspert bildirib.
Tamerlan Yayaqan
Globalinfo.az