qetliam 2

“Fransa Azərbaycanı ittiham etməkdənsə öz tarixi keçmişinə, müxtəlif xalqlara qarşı törətdiyi soyqırımlara görə cavab verməlidir. 19-cu əsrin ikinci yarısı və 20-ci əsrdə rəsmi Parisin apardığı kolonializim siyasəti, törətdiyi soyqırımlar insanlıq tarixinə ləkədir. Fransa bu xalqlardan üzr istəməlidir”.

325257

Bu sözləri Globalinfo.az-a açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasına baş tutan səfəri və səfər çərçivəsində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına çıxış etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Prezidentin Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində fəxri qonaq statusunda iştirak etməsi Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində gərgin fəaliyyətinin əyani göstəricisidir:

“İlk öncə onu qeyd edim ki, Azərbaycan Prezidenti 1 noyabr tarixində, yəni İnqilab Günündə Əlcəzairə səfər edib.1954-cü il noyabrın 1-də ölkədə başlayan inqilab müstəqilliyin əldə edilməsi ilə başa çatıb. Milli Azadlıq Hərəkatı məhz 1 noyabrda başladığı üçün Ərəb Dövlətləri Liqasının Sammiti 1 noyabr tarixinə salınıb.

Ölkə başçısı Əlcəzair Milli Mücahidin muzeyini ziyarət edib və xatirə kitabında öz ürək sözlərini bölüşdü. Bu, Azərbaycan Prezidentinin Əlcəzairdə Fransa kolonializminin qurbanlarının xatirəsinə dərin ehtiramının təcəssümüdür.

1667363265 1667321785 a2429114 08f8 3d19 8f8a 122170134e06

1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən öldürüldüyündən Əlcəzair “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairlinin fransız müstəmləkə dövrünün qurbanı olduğu bildirilir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev də sammitdə çıxışı zamanı Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliamı dünyanın heç vaxt unutmamalı olduğu bir hadisə kimi qiymətləndirdi”.

Politoloqun sözlərinə görə, Fransanın anti-Azərbaycan və paralel olaraq ermənipərəst siyasətinə, Prezident İlham Əliyev aydın mesajları ilə cavab verdi:

“Azadlıq mübarizəsi zamanı Əlcəzairin şimal-şərqindəki Ores və Atlas dağ silsilələrinin nəhəng yeraltı tunel şəbəkələrində “mağara müharibəsi” gedirdi. Əlcəzairlilərin bu cür uğurlu taktikaları qarşısında aciz duruma düşən fransızlar Cenevrə Konvensiyası ilə qadağan olunmuş kimyəvi silahlardan – zəhərli qazlardan istifadə etmişdilər. Məqsəd mübarizə aparan insanları mağaralardan qovmaq və əlcəzairliləri əsir tutaraq, kəşfiyyat məlumatları toplamaq idi.

Fransanın Əlcəzairdə törətdiyi qətliamlar, habelə müharibə və insanlıq əleyhinə cinayətlər çoxsaylı faktlar, sübutlarla təsdiq olunsa da, hələ də Fransa tərəfindən rəsmi tanınmayıb, hətta üzr istənilməyib”.

Turan Rzayev, Globalinfo.az

Paylaş: