635fde2f39bea635fde2f39beb1667227183635fde2f39be5635fde2f39be7

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması çox ciddi addımların atılmasını tələb edən formatdır.

Globalinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Soçidə Rusiya dövlət başçısı Vladimir Putinlə ikitərəfli görüşündə çıxış edərkən deyib.

Dövlət başçısı Azərbaycanın sülh müqaviləsi ilə bağlı Ermənistana 5 maddəlik təklif təqdim etdiyini xatırladıb.

Eyni zamanda, Prezident İlham Əliyev Rusiya lideri Vladimir Putinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması kontekstində oynadığı rolu yüksək qiymətləndirdiklərini vurğulayıb.

Azərbaycan dövlət başçısı bundan sonra da şəxsən Vladimir Putin və Rusiyanın bu hədəflərə çatmaqda da aktiv iştirakına ümid etdiyini qeyd edib.

 

Paylaş: