İraqdan İrana işləyənləri narahat edən QƏRAR

İraqdan İrana işləyənləri narahat edən QƏRAR

İraqda “Telegram” tətbiqi hökumət tərəfindən bloklanıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Rabitə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatından bu addımın dövlətin yüksək səlahiyyətli şəxslərinin tələbi ilə atıldığı deyilir. Qərarın səbəbi “dövlətə məxsus şəxsi sənədlərin sızmasının qarşısının alınması və vətəndaşların şəxsi məlumatlarının qorunması” kimi izah edilib.

Ölkədə İranın dəstəklədiyi “Telegram”da aktiv fəaliyyət göstərən şiə milislərin bu addıma sərt reaksiya verdiyi bildirilir.