Ermənistan ordusunda növbəti kobud intizam pozuntusu qeydə alınıb.
Globalinfo.az Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 29-da hərbi hissələrdən birində baş verib.
Müddətli xidmət keçən əsgər Misak Norayri Petrosyan (1985-ci il təvəllüdlü) əsgər yoldaşının açdığı atəş nəticəsində ölüb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.