İranın Ermənistana silah daşımalarını həyata keçirməsi açıq düşmənçilikdir – Şərh

İranın Ermənistana silah daşımalarını həyata keçirməsi açıq düşmənçilikdir – Şərh

“Ermənistanın silahlandırılmasını həyata keçirən Fransa, Hindistan və İran regionda anti-Azərbaycan koalisiyası qurublar”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Hindistanın Ermənistana silah satışında birbaşa Fransa rol oynayır:

“Çünki Ermənistana göndərilən silahlar Fransa şirkətinin lisenziyası ilə istehsal edilir. Hindistandan göndərilən silahlar İran vasitəsilə Ermənistana silahların daşınmasını həyata keçirir. İran rejiminin bu siyasəti son günlər Azərbaycanla münasibətlərdə müsbət yeni mərhələyə keçidin üstündən xətt çəkdi.

İranın Ermənistana silah daşımalarını həyata keçirməsi açıq düşmənçilikdir – Şərh

Məhəmməd Əsədullazədə

Demək olar ki, anti-Azərbaycan siyasəti hardadırsa, Tehran rejimi də oradadır. İran rəhbərliyinin Ermənistana silah tranzitinə şərait yaratması, sülh prosesinə mane olmaqdan ibarətdir. Azərbaycan Tehran rejiminə nota verməlidir. Ümumiyyətlə, Ermənistanın silahlandırılması status-kvonu dəyişmək iqtidarında deyil. Növbəti hərbi toqquşma, Ermənistanın ərazi itkisi ilə nəticələnəcək”.

Turan Rzayev
Globalinfo.az