Separatçılar iş başında: Tarixi monastır hədəfdə

Separatçılar iş başında: Tarixi monastır hədəfdə

Qarabağ separatçıları növbəti dəfə tarixi abidələrin saxtalaşdırılması işlərinə başlayırlar.

Globalinfo.az xəbər verir ki, bu barədə separatçı Ruben Vardanyan bildirib.

Onun sözlərinə görə, Kəlbəcərin (Ağdərə) Kolatağ kəndində yerləşən Böyük Arran Monastrı “bərpa ediləcək”.

Qeyd edək ki, tarixi abidə Azərbaycanda ölkə əhəmiyyətli abidə sayılır və VII-VIII əsrlərə aid edilir.

Sirr deyil ki, ermənilər uzun illərdir Qarabağda Azərbaycan mədəniyyəti izlərini silməyə çalışırlar. Onların albanlara aid dini abidələri erməniləşdirmək cəhdləri də hər kəsə bəllidir. Belə olan halda isə Ruben Vardanyanın elan etdiyi “bərpa” işlərinin növbəti dəfə bölgənin tarixi irsinə zərbə vurmaq anlamına gəldiyini söyləmək mümkündür.

Zaira Akifqızı
Globalinfo.az