Rusiya mənbələri general-leytenant Oleq Tsokovun Ukraynanın işğal altında olan Berdyansk şəhərində öldürüldüyünü təsdiqləyiblər.
Globalinfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, VÇK-OQPU Teleqram kanalı Rusiyanın Cənub Hərbi Dairəsinin komandirinin müavini general-leytenant Tsokovun Berdyanskda 58-ci ordunun komanda məntəqəsinə hücum nəticəsində həyatını itirdiyini yazır.
Bir sıra mənbələr Tsokovun olduğu məntəqənin İngiltərə istehsalı “Storm Shadow” raketi ilə vurulduğunu bildirirlər. Generalın olduğu məntəqə darmadağın edilib.