Özbəkistanda növbədənkənar prezident seçkilərində səs verənlərin sayı 10 052 289 nəfərə çatıb ki, bu da ümumi seçicilərin (19 270 212 nəfər) 52,16%-ni təşkil edir.
***
Özbəkistan prezidentliyinə namizəd Şavkat Mirziyoyev yerli vaxtla saat 10:00 radələrində (Bakı vaxtı ilə saat 9:00) Daşkənddəki 59-cu seçki məntəqəsində səs verib.
Mirziyoyevi həyat yoldaşı, övladları və nəvələri müşayiət edib. Prezidentliyə namizəd səs verdikdən sonra seçki məntəqəsinə gələn yerli sakinlərlə danışıb.
***09:59
Özbəkistanda növbədənkənar prezident seçkilərində 10 784 seçki məntəqəsində səsvermə başlayıb.
Globalinfo.az xəbər verir ki, seçkilərdə 800-ə yaxın beynəlxalq müşahidəçi, 1500-ə yaxın yerli və xarici jurnalist akkreditasiyadan keçib.
Qeyd edək ki, Özbəkistan Xalq Demokratik Partiyasından İnoyatov Uluqbek İlyasoviç, Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev, “Adolat” Sosial Demokrat Partiyasından Mahmudova Robaxon Anvarovna, Özbəkistan Ekologiya Partiyasından Abduşükür Həmzəyev seçkilərdə prezidentliyə namizəddirlər.