5267052501603654453

Rusiya Prezidenti Vladimir Putin İrana silah satışı ilə bağlı iddiaları təkzib edib və peyk məlumatlarının ötürülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Rossiya1” telekanalı məlumat yayıb. Putinin sözlərinə görə, sözügedən məlumatlar kommersiya mənbələrindən əldə oluna bilərdi və bu məsələdə Rusiyanın birbaşa iştirakına dair iddialar həqiqəti əks etdirmir.

Rusiya lideri həmçinin İranla əməkdaşlıq məsələsinə də toxunaraq, regionda vəziyyət sabitləşdikdən sonra ölkədə nüvə elektrik stansiyasının tikintisi üzrə işləri davam etdirməyə hazır olduqlarını bildirib.

Putin qeyd edib ki, Moskva dinc məqsədli nüvə enerjisi sahəsində əməkdaşlığın davam etdirilməsində maraqlıdır və mövcud layihələrin gələcəyini təhlükəsizlik şəraitinin normallaşmasından sonra nəzərdən keçirməyə hazırdır.

Tahir Turan
Globalinfo.az

Paylaş: