“Keçmiş XİN rəhbəri Vardan Oskanyan danışıqlar prosesi ilə bağlı bütün məsuliyyəti üzərinə götürməyə hazır olduğunu bildirib”.
Globalinfo.az xəbər verir ki, bu sözləri erməni siyasətçi Xosrov Arutyunyan deyib.
“Sual yaranır ki, Oskanyana bu cür məsuliyyətli işi həvalə etmək olarmı?
Düşünürəm ki, onun danışıqların post-Lissabon dövründə etdiklərindən sonra cavab aydındır. Şübhə yoxdur ki, o “Madrid prinsipləri”nin memarlarından biridir”, – o bildirib.
Erməni siyasətçi Nikol Paşinyanın vəziyyətin həllinə köklənəcəyi halda V.Oskanyanın danışıqlara cəlb olunmasına razılıq verəcəyini qeyd edib.
Tamerlan Yayaqan
Globalinfo.az