“Xarici təhlükəsizlik baxımından ciddi problemlərimizin olması hər kəsə məlumdur”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Konstitusiya Günü münasibətilə erməni xalqına müraciətində deyib.
“Mən əminəm ki, hökumətin qəbul etdiyi sülh gündəliyinin alternativi yoxdur. Çünki sülh bizim suverenliyimiz və təhlükəsizliyimiz üçün ən etibarlı amildir. Sülh gündəminin həyata keçirilməsi sadə səbəb görə hələ də təmin edilməyib. Sülhə nail olmaq üçün bütün lazımi qanuni səyləri göstəməliyik. Bu baxımdan Ermənistan Respublikasının 29,8 min kvadrat kilometr ərazi bütövlüyünün tanınması əsas məsələdir”, – Paşinyan bildirib.
Ayşən Mustafa
Globalinfo.az