zelenski xerson 11

“Qərb Ukraynadan qarşıdakı on gün ərzində cəbhədə nəticə gözləyir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov danışıb.

Onun sözlərinə görə, NATO sammitindən öncə Qərb həmin nəticəni görmək istəyir.

“Ukrayna istəməkdən daha çox, nəticə göstərməyə məcburdur. Bu, Zelenskini hakimiyyətdə saxlamaq üçün qurğudur. Bunun müqabilində Ukrayna yenidən pul və silah almalıdır”, – o bildirib.

V.Roqov qeyd edib ki, bununla bağlı Ukrayna ordusu yaxın günlərdə genişmiqyaslı hücum əməliyyatları keçirəcək.

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: