“Ermənistan və Azərbaycanın bir sıra əsas məsələlər üzrə mövqeyi bundan sonra da üzərində işləməyi tələb edir”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan danışıb.
Onun sözlərinə görə, söhbət Azərbaycanla Ermənistan arasında delimitasiya, qoşunların geri çəkilməsi və Bakı ilə Xankəndi arasında dialoq üçün beynəlxalq mexanizmlərin yaradılmasından gedir.
XİN sözçüsü razılıq əldə olunan maddələri açıqlamayıb.