6074B80B 6CF7 447E BA6C B6AE5C2A6CEB w640 h360 s

Kreml sahibi Vladimir Putin qisasçıdır, düşmənlərini bağışlamır – keçmiş xəfiyyələr Litvinenkonun, Skripalın Londonda zəhərlənmələri, oliqarx Berezovskinin eyni şəhərdə müəmmalı ölümü buna sübutdur.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Elxan Sahinoglu 5

Elxan Şahinoğlu 

Politoloq bildirib ki, Priqojin Putinin imicinə daha ağır zərbə vurub:

“Kreml sahibi Priqojinin Rusiyanın iki şəhərini döyüşsüz təslim almasını, “Moskvaya gəlirəm” hədəsini səsləndirməsini, “Vaqner”in onlarla pilotun ölümüylə nəticələnən bir təyyarə, bir neçə helikopteri havada vurmasını unutmayacaq. Putin Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə Priqojini əfv etsə də, bu müvəqqəti xarakter daşıyır”.

E.Şahinoğlu vurğulayıb ki, Priqojinin ölüm hökmü artıq verilib.

Paylaş: