Qarabağdakı separatçıların enerji problemi hər keçən gün daha da böyüyür.
Globalinfo.az xəbər verir ki, bu barədə “armenpress” nəşri yazıb.
Belə ki, iyun ayında yağıntıların miqdarının çox olması vəziyyəti bir qədər yaxşılaşdırsa da, Sərsəng su anbarının əvvəlki ehtiyatlarını bərpa etmək mümkün olmayıb.
Separatçılar Ermənistandan gələn elektrik xətlərinin bərpa edilməsinə ümid edirlər. Belə olan halda anbarın resurslarından az istifadə olunacağı və bir il ərzində öz həcmini bərpa edəcəyi iddia olunur.
Separatçı qurum vəziyyətdən çıxış yolu kimi alternativ enerjiyə müraciət etməyi düşünsə də, son erməni təxribatlarından sonra bu da mümkünsüz olub.
Tahir Turan
Globalinfo.az