ceyhun helqa

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukrayna Bərpa Konfransı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmitlə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Tviter hesabında məlumat verilib.

Görüş zamanı Azərbaycan və ATƏT arasında əməkdaşlıq gündəliyi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Azərbaycan XİN rəhbəri regionda münaqişədən sonrakı vəziyyət və reallıqlar barədə ATƏT Baş katibinə məlumat verib:

“Azərbaycanın Ermənistanla sülh prosesinə sadiqliyi bir daha vurğulanıb”.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukraynanın Bərpası Konfransı çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Tviter hesabında məlumat verilib.

“Tərəflər Azərbaycan və Britaniya arasında dostluq münasibətlərini vurğulayıblar və onun genişləndirilməsi üçün birgə addımları müzakirə ediblər. Regionda sabitliyin və sülhün təmin edilməsinə yönəlmiş əməkdaşlığın daha da gücləndirilməsi vurğulanıb”, – Azərbaycan XİN bildirib.

64931832bf3be64931832bf3bf168736158664931832bf3bc64931832bf3bd 6493182a850e96493182a850ea16873615786493182a850e56493182a850e7 64931821ea31364931821ea314168736156964931821ea31164931821ea312

 

Paylaş: