Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosanın təyyarəsi Varşavada saxlanılıb.
Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, təyyarənin göyərtəsində Cənubi Afrika nümayəndələri tərəfindən ölkə ərazisinə keçirilməsinə icazə verilməyən təhlükəli əşyalar olub. Hazırda məsələnin yoluna qoyulması ilə bağlı bütün prosedurlar həyata keçirilir.
“Nümayəndə heyəti üzvlərinin üzərilərində silahlar var idi, lakin bu silahların Polşaya gətirilməsinə icazə verilməyib. Onların silahlarını göyərtədə qoyaraq təyyarəni tərk etmək hüquqları var idi. Lakin onlar könüllü olaraq təyyarədə qalıblar”, – deyə Polşa Sərhəd Mühafizə Xidmətinin mətbuat katibi Anna Mixalskaya qeyd edib.
