Azərbaycana dost ölkə Pakistanın Baş naziri Şahbaz Şərifin Bakıda İrəvanla bağlı dediyi sözlər Ermənistanda heyrətlə qarşılanıb.
Globalinfo.az xəbər verir ki, erməni mediası Ş.Şərifin “Pakistan yalnız Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanandan sonra Ermənistanla əlaqələr qura bilər” sözlərini tirajlayaraq “Pakistan Əliyevdən icazə alır” kimi təqdim edir.
Erməni mətbuatı dünyanın nüvə gücü olan ölkələrindən birinin yalnız Azərbaycan Prezidentinin müsbət siqnalından sonra İrəvanla əlaqələri bərpa edəcəyini deməsinin təəccüb doğurduğunu yazıb.
Qeyd edək ki, Pakistan lideri Şahbaz Şərifin sözügedən açıqlaması həm iki ölkənin dostluğuna önəm verməsinin, həm də rəsmi Bakının ikitərəfli münasibətlərdə sadiq tərəfdaş olduğunun əyani sübutudur. Bu, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin dünya ölkələri ilə hansı səviyyədə qarşılıqlı hörmət və ehtirama dayanan münasibət qurduğunun bariz nümunəsidir.
Aqşin
Globalinfo.az