hakim 1

Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun “Yeni Həyat” yaşayış kompleksində liftin idarəetmə lövhəsindəki hissəni qırmasının təfərrüatı üzə çıxıb.

Globalinfo.az-ın xəbərinə görə, Z.Bağırovun yaxınları “Qafqazinfo”ya bildirib ki, o, 15 günə yaxındır ki, səhhəti ilə əlaqədar bülletendədir və hadisə onun işdə olmadığı müddətdə baş verib.

Bildirilib ki, Z.Bağırovun yaşadığı yaşayış kompleksinin liftinin fəaliyyəti komendantlığın qərarı ilə bir müddət əvvəl dayandırılıb. Bir qrup sakinlərin təyin edilmiş kommunal ödənişləri etməməsi səbəbindən bina rəhbərliyi təzyiq vasitəsi kimi lifti söndürüb. Buna etiraz olaraq kommunal ödənişi edən sakinlər Xətai Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə liftin fəaliyyətinin kommunal borca görə dayandırılmaması ilə bağlı qətnamə çıxarıb. Bundan sonra Z.Bağırov, eləcə də digər sakinlər məhkəmə sənədini komendantlığa təqdim etsə də, liftin fəaliyyəti bərpa edilməyib. Nəhayət Z.Bağırov əsəbi şəkildə liftə daxil olaraq idarəetmə panelinə ziyan vurub.

Vəkil Hikmət Əliyev saytımıza deyib ki, ümumiyyətlə, həmin binaya girişlə bağlı qanunsuz müdaxilələrə görə, başqa şikayətlər də var. Hazırda həmin şikayətlər üzrə də məhkəmə çəkişmələri davam edir.

353941039 268652608994690 4470457052180706098 n

***13:33

Bakıda yaşayış komplekslərindən birində binanın liftinin düymələri qoparılıb.

Globalinfo.az bildirir ki, bu barədə məlumatı sosial şəbəkələrdə Haqqın.az xəbər portalının baş redaktoru Eynulla Fətullayev paylaşıb.

O qeyd edib ki, hadisə şəhərin mərkəzində, “Yeni Həyat” yaşayış kompleksində qeydə alınıb.

“Rüsvayçı hadisəni Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Rəşid oğlu Bağırov törədib. O, sakinlərin liftini qırıb. Buna nə ad verəsən? Bu nə vəhşilikdir? Dövlət, Milli Məclis, Məhkəmə-Hüquq Şurası dərhal bu hadisəyə reaksiya verməlidir. Bu psixi xəstəyə insan talelərini necə etibar etmək olar?”, – deyə jurnalist paylaşımında qeyd edib.

Paylaş: