Kadırovdan gözlənilməz Priqojin açıqlaması: “Məmnunluqla oxudum”

Kadırovdan gözlənilməz Priqojin açıqlaması: "Məmnunluqla oxudum"

Çeçenistan rəhbəri Ramzan Kadırov “Vaqner”in yaradıcısı Yevgeni Priqojini Rusiya ordusunun döyüşçülərini dəstəklədiyinə görə tərifləyib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.

Kadırov Priqojinin Rusiya ordusunun döyüşçülərini Zaporojye istiqamətində uğurları münasibətilə təbrik etdiyi bəyanatını məmnunluqla oxuduğunu qeyd edib.

O vurğulayıb ki, Zaporojye istiqamətində 6 mindən çox çeçen döyüşçü var:

“Biz hamımız öz ambisiyalarımızı tərk etməli, Ali Baş Komandanımız Vladimir Putinin ətrafında birləşməli, ümumi məqsədlər üçün çalışmalıyıq və əsgərlərimizi hər cür dəstəkləməliyik”.