Xəbər verildiyi kimi Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Zəngilan rayonuna gəlib.
O, Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə Zəngilan aeroportunun açılışında iştirak edib.
Hər iki prezident və onları müşayiət edən nümayəndə heyətləri Şərqi Zəngəzur İqtisadi Rayonunda bir neçə təməl qoyma mərasimində iştirak ediblər.
Globalinfo.az sözügedən tədbirləri əks etdirən tarixi və son dərəcə maraqlı fotoları təqdim edir:






























