
Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır.
Globalinfo.az xəbər verir ki, “Rus Evi”nin əməkdaşları divardakı tabloları çıxarır, əşyaları daşıyırlar.
***15:00
Bakıdakı “Rus Evi” fəaliyyətini dayandırmaq üçün tədbirlər görür.
Globalinfo.az xəbər verir ki, bu barədə “Rus Evi” açıqlama yayıb.
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar olaraq, “Rossotrudniçestvo”nun nümayəndəliyi – Bakıdakı “Rus Evi” öz fəaliyyətini dayandırmaq üçün tədbirlər görür”, – açıqlamada bildirilir.