IMG 20230603 210406 988

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimində Ermənistan Prezidenti Nikol Paşinyan da iştirak edib. 

Globalinfo.az xəbər verir ki, onuTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qarşılayıb.

IMG 20230603 210407 680 IMG 20230603 210407 432

***18:19

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya gəlib.

Globalinfo.az xəbər verir ki, N.Paşinyanı Türkiyə səfərində parlamentin vitse-spikeri, Ankara ilə münasibətlərin normallaşdırılması prosesində İrəvanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.

Ermənistanın Baş nazirini hava limanında Türkiyənin Ermənistanla dialoq üzrə xüsusi nümayəndəsi Serdar Kılıç qarşılayıb.


FotoJet 2023 06 03T180410.660

Paylaş: