Təyyarənin qapısı havada açıldı: 6 sərnişin… – VİDEO

Cənubi Koreyanın “Asiana hava yolları” şirkətinə məxsus sərnişin təyyarəsi uçuşda olarkən qapılarından biri açılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Dequ şəhərinin hava limanı açıqlama yayıb.

Hadisə nəticəsində 6 sərnişinin tənəffüs çətinliyi yaşadığı bildirilir. Pilotlar təyyarəni qəzasız Dequ hava limanına endirə biliblər.