“Bu gün Moskvada Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək”.
Globalinfo.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.
Nəşr görüşdə Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair sənəd imzalayacağını iddia edib.
“Rəsmi dairələrdə qarşılıqlı ərazi bütövlüyünün tanınması ilə bağlı protokolun imzalanmasını istisna etmirlər. Hətta əmindirlər ki, bu, artıq imzalanıb, sadəcə olaraq, ictimailəşdirilməsi üçün düzgün yer və məkan seçmək qalır”, – erməni mediası yazıb.
Qeyd edək ki, bir qədər əvvəl N.Paşinyan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.
İlkin Həsənov
Globalinfo.az