Paşinyan Qarabağ sənədində incə məqamı açdı: Orda yazılıb ki…

Madrid prinsiplərində öz müqəddəratını təyinat haqqı elə göstərilib ki, Ermənistan Qarabağı bununla Azərbaycanın tərkib hissəsi kimi tanımış olub.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan beynəlxalq və geosiyasi reallıqlarla heç bir bağlılığı olmayan reallıq yaratmışdı:

“Bu, problemdir. Biz beynəlxalq və geosiyasi reallıqlarla heç bir bağlılığı olmayan reallıq irəli sürdük. Mən müxalifətçilərə deyirəm ki, siz məni buna görə niyə tənqid etmirsiniz? Ona görə ki, həm onlar, həm mən eyni səhvi buraxmışıq”.

İlkin Həsənov
Globalinfo.az