kirill 1

Rusiya paytaxtının mərkəzində “Aurus” markalı avtomobil qəzaya uğrayıb.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, ilkin məlumatlara görə, avtomobil Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə məxsus olub.

Qəza Moskva vaxtı ilə səhər saat 6:30-da iki küçənin kəsişməsində baş verib. “Volvo” markalı avtomobil “Aurus”a çırpılıb. Toqquşma nəticəsində bir nəfər xəsarət alıb, lakin o, xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Patriarxın özünün maşında olub-olmadığı hələlik məlum deyil.

Paylaş: