1683535879731537466458b80729dd7

Bəzi Mərkəzi Asiya ölkələri riskə getməyə hazır olmadıqlarını və Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşula biləcəklərini açıq şəkildə bildirirlər.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Valday Beynəlxalq Diskussiya Klubunun III Mərkəzi Asiya Konfransında deyib.

“Birtərəfli iqtisadi məhdudiyyətlərin qəbuledilməzliyi və qeyri-legitimliyi ilə bağlı mövqelərin üst-üstə düşməsinə baxmayaraq, bir sıra Mərkəzi Asiya ölkələri müvafiq riskləri öz üzərlərinə götürmək istəmirlər. Qərbin məhdudlaşdırıcı tədbirlərinə əməl etməyə hazır olduqlarını açıq şəkildə bildirirlər”, – deyə nazir müavini bildirib.

Paylaş: