zelenski xerson 11

Ukrayna rəhbərliyi Moskvaya təsir rıçağı əldə etmək üçün Rusiyanın bəzi önəmli kəndlərinin işğalını, eləcə də “Drujba” neft kəmərini partlatmağı təklif edib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Vaşinqton Post” ABŞ Müdafiə Nazirliyinin sızdırılmış sənədlərinə istinadən yayıb.

Məlumata görə, Zelenski bu təkliflə yanvarın sonunda təşkil edilən iclasda çıxış edib. Ukrayna ordusunun komandanı Valeri Zalujnı ilə fevralın sonunda təşkil edilən görüşdə isə Zelenski Ukraynanın uzaqmənzilli raketlərə sahib olmamasından şikayətlənib.

Yayımlanan sənəddə qeyd olunub ki, Zelenski “Drujba” neft kəmərinin partladılması təklifi ilə çıxış edib.

Ukrayna lideri mətbuata açıqlamasında sənəddəki məlumatların həqiqət olmadığını deyib.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: