36499cc50bbb79cb499be712f3fadbe7

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qonaqlara təlimin gedişi, yerinə yetirilən tapşırıqlar və əldə olunan nəticə barədə yekun brifinq təqdim edilib.

Təlimdə əsas diqqət pilotların, o cümlədən mühəndis-texniki heyətin peşəkarlıq səviyyəsinin artırılmasına, aviasiya texnikasının və digər hərbi vasitələrin praktiki istifadəsinə yönəldilib.
Təlim rəhbərliyinin qiymətləndirməsinə görə başa çatmış təlimdə qarşıya qoyulan məqsədlərə tam nail olunub.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmiz Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və Su-25 hücum təyyarələri ilə təmsil olunub.

b4ac86436466e87a302be5ad7feed21f ba97e38c7f4a4a3b0aa9fc8181237323 9f5f35cbec3a39d5657b8184b252390a

Paylaş: