blinken 2874786

Ukrayna ordusunun əks-hücumunda böyük uğur gözlənilir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Onun sözlərinə görə, bu əməliyyatdan sonra Ukrayna vacib qərar qəbul etməli olacaq. O, əks-hücum nəticəsində Ukraynanın özünə böyük ərazilər qaytaracağını deyib:

“Bununla belə hər şeyin harada bitəcəyini zaman göstərəcək. Kiyevin əks-hücumundan sonra onun haraya getməyə hazırlaşdığı və nə qədər davam edə biləcəyi haqqında Ukrayna qərar qəbul etməli olacaq”.

Blinken tərəfdaşların Ukraynaya təkcə qısamüddətli yox, həm də uzun müddətli perspektivdə də Rusiya aqressiyasının qarşısını almaq üçün yardım göstərməli olduğunu bildirib.

İlkin
Globalinfo.az

Paylaş: