Fransa Prezidenti Emmanuel Makronun reytinqi rekord həddə düşüb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat yerli Brulé Ville et Associés (BVA) bürosunun keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb.
Bürodan bildirilib ki, sorğuda iştirak edən fransızların yalnız 26%-i Makron haqqında müsbət fikir bildirib.
Fransa Prezidentinin reytinqinin belə kəskin surətdə aşağı düşməsi ölkədəki pensiya islahatları fonunda baş verən kütləvi etirazlarla əlaqələndirilir.