Əliyevin mesajı Xankəndini silkələdi: Arutyunyan təcili hərəkətə keçdi – VİDEO

Əliyevin mesajı Xankəndini silkələdi: Arutyunyan təcili hərəkətə keçdi - VİDEO

11:23

Xankəndidəki separatçı rejimin rəhbəri Araik Arutyunyan yerli ermənilərdən yaradılan “antiböhran şurası”nın üzvlərini qəbul edib.

Globalinfo.az xəbər verir ki, görüş zamanı Qarabağdakı hərbi-siyasi və sosial-iqtisadi vəziyyət müzakirə edilib.

Görüşün təcili olaraq hansı məqsədlə çağırıldığı açıqlanmayıb.

Qeyd edək ki, “antiböhran şurası” Arutyunyanın təklifi ilə yaradılıb və onun tərkibində əsasən müxtəlif ictimai-siyasi təşkilatların nümayəndələri toplanıb. Arutyunyanın bu addımı atmaqda əsas məqsədi Qarabağda əleyhinə formalaşan etirazları nəzarət altına almaq və cəmiyyət üzərində təsir vasitəsi yaratmaq olub. Maraqlı məqam budur ki, “şuraya” Rusiya əleyhinə bəyanatları ilə seçilən Tiqran Petrosyan rəhbərlik edir.

Diqqətçəkən detal Arutyunyanın bu toplantını Azərbaycan və Ermənistan liderlərinin dünənki bəyanatından sonra keçirməsi olub. Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağdan imtina etməyə hazır olmasından sonra Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidəki separatçılara çox sərt mesaj göndərib. O, separatçı liderləri “təlxəklər toplusu” adlandıraraq, bu saxta rejimin yerli erməni xalqının qanını sorduğunu, onların Bakının hakimiyyətini qəbul etmələrinə imkan vermədiyini deyib. Prezident Bakının bununla barışmaq niyyətində olmadığını deyərək, separatçılara sərt xəbərdarlıq edib.

İlkin Həsənov
Globalinfo.az