Qalstyan bank

“Azərbaycandan idxal edilən benzinin Ermənistanda qiymətlərə mümkün təsiri yanvar ayının inflyasiya göstəricilərində əks olunacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan deyib.

O bildirib ki, idxal olunan benzinin qiymətlərə müəyyən təsiri gözlənilir.

Qalstyanın sözlərinə görə, Ermənistanın açıq sərhədlərə malik olması, mal və xidmətlərin idxal-ixrac yolu ilə sərbəst hərəkəti ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilər.

“Ancaq bunun hansı həcmdə olacağını hazırda demək çətindir”, – Mərkəzi Bankın sədri əlavə edib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: