WhatsApp Image 2023 12 28 at 17.46.15

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian təcili Ermənistana səfər edib. Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya səfərindən sonra Tehranın hərəkətə keçməsi diqqət çəkir.

Maraqlıdır, Tehranın regionda son vaxtlar aktivliyinin arxasında nə dayanır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, son üç ildə Tehranın regionda daim aktiv addımlar atması danılmazdır:

“Xüsusən 44 günlük müharibədən sonra onun bu aktivliyi Azərbaycanın atdığı addımların qarşısını almağa, eyni zamanda Ermənistan üçün əlverişli şərait yaratmağa istiqamətlənmişdi. Amma son aylar Ermənistanın Qərbə doğru istiqamət götürməsi və eyni zamanda Azərbaycanın Naxçıvandana gedəcək avtomobil və dəmir yolunun İrandan keçəcəyi barədə qərar qəbul etməsi situativ olaraq İslam Respublikasının Azərbaycana yaxınlaşması üçün müəyyən zəmin yaratmışdır.

maxresdefault 2

Əlimusa İbrahimov

İranın Zəngəzur dəhlizinə ciddi şəkildə qarşı çıxması və Azərbaycan üçün bu dəhlizin artıq prioritet təşkil etməməsi İrana oyun qaydalarına nəzarət etmək imkanı verirdi. Amma Paşinyanın Moskvaya gözlənilən səfəri və orada apardığı danışıqlar vəziyyətin heç də İranın xeyrinə olmayan istiqamətdə dəyişməsini göstərən əlamətlərdir. Düşünürəm ki, Ermənistan Rusiyanı ciddi təzyiqləri qarşısında nəhayət ki, Zəngəzur dəhlizinin açılmasına razılıq verib. Belə olan halda İran bu dəhlizin açılmaması üçün Ermənistana təzyiqlərini gücləndirmək istiqamətini götürüb. Abdullahianın təcili İrəvana səfəri Moskvada aparılan danışıqlar barədə ilk əldən məlumat almaq və Zəngəzur dəhlizi ilə bağlı təzyiqlərini davam etdirmək ola bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: