tankler 56432

“Paşinyan “artsax”ın mövcud olmadığı regional xəritəni nümayiş etdirir”.

Globalinfo.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Avetik İşxanyan “Hraparak”a müsahibəsində deyib.

“Əgər qondarma baş nazirin (Paşinyan nəzərdə tutulur – red.) göstərdiyi xəritə həyata keçsə, o zaman qısa müddət sonra Ermənistan iqtisadiyyatı Türkiyə-Azərbaycan iqtisadiyyatından asılı olaraq dağılacaq. Türklər, azərbaycanlılar İrəvanda mənzillər alacaq, Ermənistanın demoqrafiyasını dəyişəcəklər. Müəyyən müddət sonra terrora qarşı mübarizə adı altında Türkiyə qoşunları İraqda, Suriyada, Kiprdə, Liviyada olduğu kimi Ermənistana girəcəklər. Baş nazir deyilən şəxsin göstərdiyi xəritə və diz çökərək yalvardığı sülh bizi bu yerə aparacaq”, – A.İşxanyan iddia edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: