Yoluxanların sayı kəskin azaldı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 950 224, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 555, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 260, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 400 706, pozitiv nəticədən sonra buster doza olunanların sayı 265 703 təşkil edir.

Azərbaycanda son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb

X X X

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 9 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 828 730 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 386 nəfər müalicə olunaraq sağalıb, hazırda 215 aktiv xəstə var. Bu günə qədər 10 129 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 614, bu günə qədər isə ümumilikdə 7 532 959 test icra olunub.

Azərbaycanda daha 9 nəfər COVID-19-a yoluxub