1775723638378 900x767 1

“Game of Thrones” (“Taxt oyunları”) serialının aktyoru Maykl Patrik vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Naomi Şien məlumat yayıb.

Bildirilir ki, 35 yaşlı aktyor aprelin 7-də ölüb. O, 3 ildir Lateral amiotrofik sklerozdan əziyyət çəkirmiş.

Qeyd edək ki, Maykl Patrik Belfast teatrında III Riçard roluna görə “The Stage Awards” mükafatını qazanıb. Aktyor, həmçinin “Taxt oyunları” serialının altıncı mövsümündə, eləcə də “Kripton” və “Mavi işıqlar” seriallarında rol alıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: