pasinyan yeni8 900x600 2

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini yenidən bərpa etməsi gözlənilmir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfərindən sonra İrəvanda keçirdiyi brifinqdə jurnalistlərə açıqlamasında deyib.

Paşinyan bildirib ki, görüş zamanı Rusiya Prezidenti Vladimir Putinə KTMT məsələsinin kifayət qədər müzakirə olunduğunu və qərarın verildiyini söyləyib:

“Hər bir məsələyə dair fərqli baxışlar var. Biz eyni nöqtədə ilişib qalmamalı, hər şeyi yenidən ölçüb-biçməli deyilik. Bütün mövzular ətraflı dəyərləndirilib və müəyyən nəticələr əldə olunub. Dünən bu nəticələri qarşılıqlı hörmət çərçivəsində müzakirə etdik”.

Baş nazir Putinlə görüşdən sonra da bu mövzuda fikrini dəyişmədiyini vurğulayıb və Ermənistanın KTMT-yə dönüşünü qeyri-müəyyən adlandırıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: